brmm@brmm.az

Haqqimizda
F?aliyy?t
Hesabatlar
Öz?l m?sl?h?tçil?r
Xüsusi Maraq Qruplari

Bərdə Regional Məsləhət Mərkəzi (BRMM) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfat Kreditləri üzrə Dövlət Agentliyi İkinci Kənd Təsərrüfatı İnkişafı və Kreditləşməsi Layihəsi (3236-AZ) çərşivəsində 06 iyun 2008-ci il tarixində fəaliyyətə başlamışdır. Layihə Azərbaycanda kənd maliyyə institutlarının yaranmasına, kənd yerlərində informasiya və məsləhət xidmətlərinin təşkil edilməsinə, kənd təsərrüfatı tədqiqat sisteminin və baytarlıq xidmətlətinin gücləndirilməsinə kömək edir. Eyni zamanda layihə vahid kadastr və qeydiyyat sisteminin və torpaq bazarının inkişafını və kənd təsərrüfatının təfsilatlı strategiyasının hazırlanması üzrə fəaliyyətləri də nəzərdə tutur. Layihənin ümumi məqsədi Azərbaycan iş adamlarının və istehsalçılarının kənd yerlərində kommersiya fəaliyyətinin davamlılığının təmin edilməsinə, bazar münasibətlərinin təkmilləşdirilməsinə, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və rəqabət qabiliyyətinin artırılmasına yönəldilmişdir. Bərdə Regional Məsləhət Mərkəzi layihə çərçivəsində Azərbaycan Respublikasının 5 rayonda (Bərdə, Yevlax, Tər-tər, Goranboy və Ağdam) fəaliyyət göstərir.